Türkiyədə partlayış:3 ölü, 45 yaralı
Diyarbəkirin mərkəzi rayonunda minalanmış avtomobilin yaxınlıqdan polis avtobusu keçərkən partlaması nəticəsində 3 nəfər ölüb, 45 nəfər (12-si polis əməkdaşı) yaralanıb.
Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bir neçə polis və yerli sakinin vəziyyəti ağır qiymətləndirilir.
Saxlanılmış avtobusun PKK üzvlərini apardığı bildirilir.
* * *19:38
PKK terrorçularının Türkiyənin Diyarbəkir vilayətinin mərkəzi Bağlar rayonunun Diclə bulvarında polis avtobusuna partlayıcı yüklənmiş avtomobillə hücumu nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, terror aktı nəticəsində 1 polis əməkdaşı həlak olub, ölənlərdən ikisi isə mülki vətəndaşdır.
Bundan başqa, yaralananlardan 9 nəfəri polis əməkdaşıdır. Digərləri isə polislərin nəzarəti altında sağlıq durumlarının yoxlanılması məqsədilə xəstəxanaya aparılan və antiterror əməliyyatları zamanı saxlanılmış şübhəlilər, o cümlədən mülki vətəndaşlardır.
Mənbə:> Trend