Türkiyədə atışma: 4 nəfər ölüb – VİDEO
Türkiyənin Diyarbəkir şəhərində islam yardım təşkilatının (İhya-Der) rəhbəri Aytaç Baran öldürülüb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun ölümündən sonra şəhər kafelərinin birində silahlı toqquşma nəticəsində daha üç nəfər öldürülüb.
Məlumata əsasən, polis qüvvələrinin də müdaxilə etdiyi toqquşma nəticəsində 3 nəfər həlak olub, 4 nəfər isə müxtəlif xəsarətlər alıb.
Yaralananlardan 3-nün jurnalist olduğu deyilir. İlkin məlumatlara görə, sui-qəsd PKK tərəfdarı olan İnqilabçı Gənclik qruplaşması tərəfindən həyata keçirilib. Diyarbəkir vilayət valiliyi şəhərdə iki silahlı qrup arasında atışmanın baş verdiyini və ölənlərin bu qruplaşmalardan olduğu barədə məlumat verib. Toqquşmadan sonra şəhərdə polis nəzarəti gücləndirilib.
Diyarbəkir administrasiyası öz növbəsində insident zamanı 1 nəfərin öldüyünü bildirir. Hökümət baş verənlər ilə bağlı araşdırma aparır. İstintaqa 7 prokuror cəlb edilib.
Mənbə:> Oxu.Az