Suriyada xəstəxana yandı: 25 nəfər öldü
Suriyada xəstəxanada baş vermiş yanğında 25 nəfərdən çox adam ölüb.
ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti uşaqlar olub.
Yanğın Suriya - Türkiyə sərhədindəki Qamışlı şəhərində baş verib.
Dəhşətli yanğın xəstəxanadakı yanacaq deposunun partlamasından sonra baş verib. Yanğın nəticəsində onlarla insan xəsarət alıb.
Hələlik partlayışın səbəbi açıqlanmayıb.
Mənbə:> ANSPRESS