Böyük neft platformasındakı yanğında ölənlər var
Meksikada Kampeçe körfəzində böyük neft platformasında yanğın nəticəsində ölənlərin sayı dördə çatıb. Yanğın nəticəsində 45 nəfər xəsarət alandan daha üçü həlak olub. Bundan əvvəl bir nəfər həlak olmuşdu.
Qeyd edək ki, neft platformasında yanğın partlayışdan sonra baş verib.
Pemex Dövlət neft şirkətinin məlumatına görə, hadisə Kampeçe körfəzində olub.
Yanğın nəticəsində 300 nəfər işçi ərazidən təxliyyə edilib.
Platformada yanğının aradan qaldırılması üçün səkkiz gəmi hadisə yerində çalışır.
Kampeçe sahilində yerləşən Abkatun platforması Pemex şirkətinə işləyən şəxsi podratçıya aiddir. Kompleksin ərazisində bu regionun başqa neft platformalarında çalışan işçilər üçün yataqxana yerləşir.
Mənbə:> ANSPRESS