Ölkə qan gölü oldu: 209 ölü
Afrika ölkələri olan Çad və Nigeriya sərhədi yaxınlığında silahlı toqquşmada yüzlərlə insan ölüb.
ANS PRESS-in məlumatına görə, silahlı toqquşma Nigeriyadakı "Boko Haram" terror qruplaşması ilə Çad əsgərləri arasında baş verib. Atışma zamanı cəmi 209 nəfərin öldüyü, 21 nəfərin isə yaralandığı deyilir.
Çad ordusu açıqlamasında terrorçuların 200-dən çox itki verdiyini deyib.
"Atışma nəticəsində 9 əsgərimizin həlak olması və 21 əsgərin yaralanmasına görə kədərlənirik. Qarşı tərəf isə 200-dən çox itki verib", - deyə Çad ordusnun açıqlamasında bildirilir.
Açıqlamada əməliyyatların Nigeriyanın Qamboru şəhərində davam etdirildiyi də qeyd edilib.
Mənbə:> ANSPRESS