Türkiyədə ard-arda partlayışlar: Ölənlər var
Türkiyənin cənub-şərqində törədilən iki partlayış zamanı ən azı altı nəfər həyatını itirib.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, Diyarbəkir vilayətinin Sur rayonunda PKK qruplaşmasının üzvlərinin minalanmış avtomobili partlatması nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.
Daha iki nəfər Mardin vilayətində baş verən partlayışın qurbanı olub.
Türkiyə KİV-in məlumatına görə, hər iki partlayışın arxasında PKK terror təşkilatı durur.
Mənbə:> Oxu.Az