ABŞ-da gecə klubunda yanğın nəticəsində ölənlərin sayı 30-a çatıb
ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.
Hadisə baş verdiyi an gecə klubunda 100-dək insan olub. Ölənlərin sayının artması ehtimalı var. Ötən gün baş verən yanğının səbəbləri hələ də naməlum olaraq qalır. Hazırda hadisə yerində polis və xilasediciləri işləyir.
Mənbə:> APA