Trampın gözlənilməz hərəkəti hamını təəccübləndirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya, Video

Trampın gözlənilməz hərəkəti hamını təəccübləndirdi – VİDEO

Trampın gözlənilməz hərəkəti hamını təəccübləndirdi


ABŞ-ın yeni prezidenti Donald Trampın hərəkəti hamını təəccübləndirib.

Aznews.info azvision.az-a istinadən xəbər verir ki, “Air Force One” (“Bir nömrəli bort” – ABŞ prezidentlərini daşıyan təyyarə belə adlanır) ilə ilk uçuşundan sonra təyyarədən enən Tramp onu qarşılayan hərbçilərlə olduqca sadə və səmimi görüşüb. Protokola uyğun olaraq ona hərbi salam verən hava qüvvələrinin polkovnikini Trampı eyni qaydada ilə salamlayıb, daha sonra isə “Çox sağ olun” deyib.

Bunun ardınca Tramp polkovnikə yaxınlaşaraq, onunla səmimi görüşüb və bir qədər söhbət edib. Ardınca əlini hərbçinin çiyninə qoyub və mehriban şəkildə sağollaşaraq, maşına minib.

Adətən sərt və qalmaqallı açıqlamaları ilə gündəmə gəldiyi bildirilən Trampın bu hərəkəti ABŞ mediasında və sosial şəbəkələrdə maraqlı sürpriz kimi müzakirə olunur.

Mənbə: Azvision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *