Erməni politoloq: “Tramp “erməni soyqırımı”nı tanıyanda təəccüblənəcəksiniz”
Ermənistanın Regional Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan bildirib ki, Donald Trampın qələbəsindən sonra ABŞ-la Rusiyanın münasibətlərinin yaxşılaşmasından Ermənistanın da qazanacağını gözləyən ekspertlərin fikirlərinə şərik deyil.
Virtualaz.org “tert.am” portalına istinadən xəbər verir ki. politoloqun fikrincə, bu yalnız ilk baxışda belə görünə bilər. “Yox, kiçik bir dövlət olaraq, Ermənistanın əlavə balansa ehtiyacı var. Əgər Qərb və ABŞ bizə olan maraqlarını itirərsə, Rusiyanı Azərbaycanla münasibətlərini daha da yaxşılaşdırmaqdan heç nə saxlaya bilməz. Bu isə daha çox silah satışı və bizim alternativimizin olmaması deməkdir”, - R.Kirakosyan bildirib.
Donald Trampın gözlənilməz addımlardan ibarət siyasətini şərh edən politoloq qeyd edib: “Aprelin 24-də Donald Tramp “erməni soyqırımı”nı (ayırma bizimdir – virtualaz.org) tanıyanda təəccüblənəcəksiniz. Elə-belə. Səhər yuxudan oyanacaq və deyəcək – niyə də yox?”
Mənbə:> Virtualaz.org