Suriyada atəşkəs elan edildi
Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət qrupları arasında atəşkəs rejimi qüvvəyə minib.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, Qurban bayramı ilə əlaqədar elan edilən 48-saatlıq atəşkəs rejiminin uzadılacağı gözlənilir.
Sentyabrın 10-da ABŞ və Rusiya Federasiyası arasında imzalanan razılaşmaya əsasən sentyabrın 12-si, saat 00:00-dan etibarən Suriyada hökumət qüvvələri və müxalifətin silahlı qrupları arasında atəşkəs qüvvəyə minir. Razılaşma İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerrinin arasında keçirilən 13 saatlıq görüşdən sonra əldə edilib.
Mənbə:> Oxu.az