Atəş səsli atəşkəs...
Donbasda Kiyev vaxtı ilə gecəyarıdan qüvvəyə minən atəşkəs rejiminə tam əməl olunmur.
ANS PRESS-in məlumatına görə, atəşkəsin ilk saatlarında vaxtaşırı qarşılıqlı atəş açılması halları barədə xəbər verilir.
"Normand dördlüyü" liderləri arasında əldə olunmuş razılığa əsasən atəşkəs rejiminin qüvvəyə minməsi ağır silahların təmas xəttindən çəkilməsi prosesilə müşayiət olunmalıdır.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına əsasən, atəşkəsin qüvvəyə minməsindən sonrakı ilk saatlarda ümumilikdə "artilleriya sükutu rejiminə" əməl olunub.
Ukrayna Baş qərargahının katibi Vladislav Seleznyov öz Facebook səhifəsində atəşkəsin ilk gününü belə şərh edib: Ukrayna tərəfinin qoşun mövgeləri pərakəndə atəşə tutulur. Eyni zamanda ukraynalı hərbçilər arasında itki qeydə alınmayəb".
Tanınmamış Donetsk Xalq Respublikasının rəsmisi Eduard Basturin isə bildirib ki, ukrayna hərbçilərinin hərəkətlərini dəf etmək üçün əlahiddə hallarda atəş açmalı olublar.
Donbasdakı münaqişə zonasında atəşi dayandırmaq əmri verilib. Bu, Ukrayna prezidenti Petro Poroşenko tərəfindən Minsk razılaşmasına uyğun olaraq qəbul edilib. Tərəflər yerli vaxtla fevralın 15-i gecə 00:00-da (Bakı vaxtı ilə 02:00) atəşin dayandırılmasını elan ediblər.
“Mən bu saat Ukrayna silahlı qüvvələrinə, Milli qvardiyaya, Daxili İşlər Nazirliyi bölmələrinə, sərhəd xidmətinə, təhlükəsizlik bölmələrinə atəşi kəsmək əmri verirəm”- deyə Poroşenko bildirib
Mənbə:> ANSPRESS