Daha bir nəfər atışmalarda öldü
Ukraynanın şərq vilayəti Donetsk hava limanı ətrafında hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında atışmalar baş verib. Bir qədər əvvəl tərəflər arasında atəşkəs razılaşması əldə olunmasına baxmayaraq, hava limanı ətrafında ara-sıra atəş səsləri eşidilir. Məlumata görə, sonuncu atışmalardan birində bir Ukrayna əsgəri öldürülüb. Ukrayna hərbi qüvvələri üsyançıların onların mövqelərinə ağır artilleriya silahları ilə hücumlar etdiklərini bildiriblər. Eyni zamanda, Luqansk vilayətində də döyüşlər olub.
Bununla belə, Ukrayna rəsmiləri atəşkəs razılaşmasının tədbiq olunmasından razılıqlarını bildiriblər. Ordu rəhbəri Viktor Mujenko atəşkəs razılaşmasında irəliləyiş olduğunu deyib.
Sentyabr ayında Belarusun paytaxtı Minskdə tərfələr arasında 12 bəndlik atəşkəs razılaşması bağlanmışdı.
İndiyə qədər Ukaryanın şərqində cərəyan edən döyüşlərdə 4700-dən çox insan öldürülüb.
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar rəsmi Moskvaya qarşı yeni sanksiyaların tədbiq olunmasına hazırlaşır. Bu barədə qanun layihəsi artıq Konqres tərəfindən də təsdiqlənib. Yeni qanun layihəsində, eyni zamanda, Ukraynaya hərbi dəstək olunmasını da nəzərdə tutulur.
Rusiya isə, NATO qarşısında güc nümayişinə davam edir. Ötən gün Kallinqrad sahillərində Rusiya məxsus dəniz donanmasını hərbi təlimləri keçirilib. Baltik dənizində baş tutan təlimlər də hərbi qüvvələr hücum və müdafiə taktikalarını məşq ediblər.
Mənbə:> ANSPRESS