Yunker: Türkiyəyə Aİ qapılarının bağlanması siyası səhvdir
“Türkiyəyə Avropa İttifaqı (Aİ) qapılarının bağlanması xarici siyasət səhvidir”.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker qeyd edib.
Yunker Almaniyanın birinci kanalı ARD-ə etdiyi açıqlamasında hazırkı vəziyyətdə Türkiyənin Aİ-yə üzv ola bilməyəcəyini bildirib.
O, həmçinin Türkiyədə edam cəzasının baş tutmasının bu məsələ ilə bağlı müzakirələrin sonlanması anlamına gələcəyi xəbərdalığını da edib.
Mənbə:> Oxu.az