Avropa Türkiyəyə 3 milyard avro ayırdı
28 ölkənin hamısı qərarı dəstəkləyib.
Avropa İttifaqı ölkələri Türkiyəyə miqrant böhranı ilə mübarizə aparmaq üçün 3 milyard avro məbləğində maliyyə yardımının ayrılmasına dair razılığa gəliblər, Oxu.Az Reuters-ə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Aİ-yə daxil olan 28 ölkənin hamısı qərarı dəstəkləyib. Bundan əvvəl qərarın əleyhinə yalnız İtaliya çıxış edirdi.
“Hal-hazırda ən çox qaçqın Türkiyədə məskunlaşıb. Bu qərarla Türkiyə həmçinin Avropaya miqrant axınının qarşısını almağa kömək edəcək”, - Avropa Komissiyasının qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Yoxannes Xan deyib.
Mənbə:> Oxu.Az