Avropa İttifaqı türklərə qapılarını açdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Avropa İttifaqı türklərə qapılarını açdı

Avropa İttifaqı türklərə qapılarını açdı


Avropa İttifaqı müəyyən şərtlər yerinə yetirildiyi halda 2016-cı ilin payızından Türkiyə ilə vizasız rejim tətbiq etməyə hazırdır.

Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, bu barədə noyabrın 29-da Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa İttifaqı-Türkiyə sammitinin yekunları üzrə çıxışında bəyan edib.

“Viza rejiminin liberallaşması readmissiya ilə əlaqədardır (ölkənin öz vətəndaşlarını geri qəbul etməsi haqqında razılaşma). Bütün tələblər yerinə yetirildiyi təqdirdə, bu razılaşmaya 2016-cı ilin payızında nail olacağıq”, - Yunker bəyan edib.

O həmçinin qeyd edib ki, yaxın həftələrdə Türkiyənin Aİ-yə daxil olmasına dair danışıqların yeni mərhələsi başlanılacaq.

Avropa Komissiyası rəhbərinin sözlərinə görə, Avropa İttifaqının və Türkiyə Respublikasının münasibətləri miqrasiya böhranı üzrə əməkdaşlıqdan daha geniş olmalıdır.

Avropa Şurasının sədri Donald Tusk əlavə edib ki, sammitdə “Türkiyədə suriyalı qaçqınlara 3 milyard avro məbləğində yardımın təqdim edilməsinə dair mexanizmin yaradılmasına” dair qərar təsdiqlənib. Almaniya Federativ Respublikası kansleri Angela Merkel bu məbləğin Ankaraya çatdırılmasına dair qərarın detallarının müzakirə edilmədiyini dəqiqləşdirib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu öz növbəsində bəyan edib ki, viza rejiminin liberallaşması çərçivəsində ilk məruzə 2016-cı ilin mart ayında dərc ediləcək, iyunda isə Ankara readmissiya üzrə razılaşmanı yerinə yetirməyə başlayacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *