Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfər edəcək
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Сənubi Qafqaza səfər edəcək.
Oxu.Az Avropa İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, səfər 20-22 iyul tarixlərində baş tutacaq.
Donald Tuskun səfəri iyulun 20-də Ermənistandan başlayacaq. Həmin gün Aİ Şurasının prezidenti Gürcüstana, oradan isə iyulun 22-də Azərbaycana səfər edəcək.
Mənbə:> Oxu.Az