Avropa İttifaqının tifaqı dağılır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Avropa İttifaqının tifaqı dağılır

Avropa İttifaqının tifaqı dağılır


Avropa İttifaqı miqrant probleminin həlli ilə əlaqədar kiçik bir sammit keçirir. ANS PRESS-in məlumatına görə, sammitdə əsasən Balkan və Şərqi Avropa ölkələrinin rəhbərləri toplaşıb. Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin çağırışı ilə təşkil olunan sammitdə Bolqarıstan, Xorvatiya, Almaniya, Yunanıstan, Macarıstan, Rumıniya, Serbiya və Sloveniya iştirak edir.

Sloveniyanın baş naziri Miro Serar təcili olaraq bir neçə həftəyə qədər konkret tədbirlər görülməsə Avropa İttifaqının dağılacağını deyib: “Əgər bir neçə gün və ya bir neçə həftəyə qədər konkret tədbirlər görülməsə hesab edirəm ki, Avropa İttifaqı və Avropa dağılmağa başlayacaq.”

Avropa İttifaqının tifaqı dağılır

Sloveniyanın baş naziri Miro Serar

Macarıstanın sərhəd qapılarının bağlaması ilə 2 milyon əhalisi olan Sloveniya intensiv miqrant axınına məruz qalıb.

Sammitin təşkilatçısı olan Avropa Komissiyasının prezidenti Jan Klod Yunker tədbirdən öncə Almaniyanın “Bild” qəzetinə müsahibə verib: “Keçən hər gün çox əhəmiyyətlidir. Tələsməsək çox yaxın günlərdə Balkanların soyuq çaylarında ailələrin donaraq öldüklərinə şahid olacağıq.” – deyə Yunker narahatlığını ifadə edib.

Avropa İttifaqının tifaqı dağılır

Avropa Komissiyasının prezidenti Jan Klod Yunker

Sammitdən sonra açıqlanacaq layihə bəyanatda miqrantların hərəkətlərinin "mərhələli və nəzarət altında" nizamlanmasının təklif olunacağı gözlənilir. Bundan başqa Yunanıstan sərhəddinə 400 nəfərlik əlavə qüvvənin göndərilməsi təklif olunur.

Ötən həftə Macarıstan Serbiya və Xorvatiya ilə sərhəddini bağlayıb. Bundan sonra miqrantlar Sloveniyaya üz tutublar. Bu kiçik Avropa ölkəsinə 17 – 21 oktyabr tarixləri arasında 34 min miqrant daxil olub. Şənbə günündən etibarən isə minlərlə miqrant soyuq hava şərtlərində sərhədlərdə gözləyirlər.

Avropa İttifaqının tifaqı dağılır


Əfqanıstan, Suriya, İraq və digər Şimali Afrika ölkələrinin milyonlarla əhalisi içində olduqları müharibə şəraitindən xilas olmaq və daha yaxşı şərtlər altında yaşamaq üçün Avropaya yönəliblər. Bu səfərlərin heç də hamısı xöşbəxt sonluqla nəticələnmir və minlərlə insan mənzil başına çatmadan bu yolda həyatını itirir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *