Avropa onlara müharibə elan edir
Aralıq dənizində miqrantlar arasında ölüm hallarının artması ilə Avropa ölkələri insan qaçaqmalçılarını hədəfə alıb.
ANS PRESS-in məlumatına görə, eksperlərin fikrincə, insan qaçaqmalçılığına nəzarət edən mütəşəkkil cinayətkarlıqla mübarizə heç də asan olmayacaq.
Son illər suda boğulan, susuzluq və aclıqdan ölən miqrantların sayı kəskin şəkildə artıb. Qayıq yolçuluğu insan qaçaqmalçılığının ilkin mərhələsi hesab edilir. Afrika və Yaxın Şərq ölkələrindən onlarla miqrant təhlükəli qayıqlarla daşındıqdan sonra Şimali Afrika sahillərində daha iri yük gəmiləri ilə Avropaya daşınır.
İtaliyanın Trento Universitetinin kriminologiya üzrə professoru Andrea di Nikola qaçaqmalçılıq şəbəkəsi ilə əlaqəsi olanlarla müsahibələr keçirib.
“Bu, amansız bir səyahət agentliyinə bənzəyir. Onlar şəbəkə çərçivəsində fəaliyyət göstərir. Liviyadan yolları bağlansa, onlar Tunis, Əlcəzair və Türkiyə vasitəsi ilə insan qaçaqmalçılığına yol tapacaqlar. Onlar daim dəyişməkdədir”- deyə di Nikola bildirib.
Rikkardo Faviani kimi ekspertlər insan qaçmaqçıları ilə müharibənin çətin, lakin imkansız olmadığını düşünür: “Məsələn, dronlardan istifadə oluna bilər. Digər tərəfdən İtaliya və başqa Avropa ölkələrinin Liviyada etimad ediləcək kəşfiyyat şəbəkələri var.”
Di Nikola deyir ki, qaçaqmalçılar beynəlxalq cinayət şəbəkələri çərçivəsində fəaliyyət göstərir: “BMT onların 10 milyondan artıq olduğunu təxmin edir. Bir pakistanlı şəxs 700 miqrantı hər birindən 7 min avro almaqla İtaliyaya gətirib”.
Hər bir halda Avropa ölkələri ölçülər götürməyə hazırlaşsa da, miqrantlar arasında tələfat dayanmadan artır. Hazırda isə müharibələrdən qaçanlar üçün daha təhlükəsiz kanalların açılması barədə debatlar gedir.
Mənbə:> ANSPRESS