Avropa bu dərddən qurtula bilmir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Avropa bu dərddən qurtula bilmir

Avropa bu dərddən qurtula bilmir


Sicilyanın cənubunda qayığın batması nəticəsində onlarla miqrant Aralıq dənizində boğulub.

ANS PRESS-in məlumatına görə, bu barədə Save the Children yardım qrupundan bildiriblər.

Bildirilir ki, xilas olanların dediyinə görə, bir çox insan xilasetmə gəmisinin yaxınlaşdığı ərəfədə batıb. Xilas olanlar çərşənbə axşamı Kataniya şəhərinə gətiriliblər.

Save the Children təşkilatının Kataniyadakı nümayəndəsi Giovanna di Benedetto bildirib ki, sonuncu batmanın bazar günü baş verdiyi güman edilir, lakin dəqiq ölüm sayı məlum deyil.

“Onlar (sağ qalanlar) bildirib ki, 137 insanın olduğu şişirdilmiş qayıq boşalıb, ya partlayıb – aydın deyil – və onlardan bəziləri kənara düşüb. Bəziləri deyir ki, “lap çox” insan ölüb, digərləri isə təxminən 40 nəfərin öldüyünü bildirir ”- deyə xanım di Benedetto AFP xəbər agentliyinə bildirib.

İtaliya və Fransa gəmiləri həyata keçirilən 17 fərqli əməliyyat nəticəsində sağ qalanları taxta və rezin qayıqlardan götürüblər.

İtaliya sahil mühafizəsindən bildiriblər ki, həftə sonu ərzində 5800 nəfərdən çox miqrant xilas edilib və 10 cəsəd Liviya sahillərinə çıxarılıb.

Qeyd edək ki, Bu il Aralıq dənizini keçmək istəyən ən azı 1750 insan ölüb. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 20 dəfə çoxdur.

Son xəbərlərə hörə isə, 26 Avropa ölkəsindən olan dəniz komandirlərinin İtaliyanın cənubundakı Neapol şəhərində görüşərək miqrant böhranını müzakirə edəcəyi gözlənilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *