Rusiyada gəmi faciəsi: çox sayda ölən var – FOTO
Oxot dənizində Rusiyaya məxsus gəmi batıb.
ANS PRESS-in məlumatına görə, Oxot dənizində "Dalni Vostok" adlı balıq ovlayanların gəmisinin batması nəticəsində ölənlərin sayı 54-ə çatıb.
Kamçatka yarımadasına yaxın bölgədə baş verən qəza zamanı gəmidə olan 130 sərnişin və şəxsi heyyətdən hələlik 63-ü xilas edilib, 15 nəfərin axtarışı isə davam etdirilir. Onların batmış gəminin anbar hissəsində ola biləcəyi güman edilir.
Xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə qəza bölgəsinə 26 gəmi göndərilib.
Hadisə baş verən ərazidə dalğa hündürlüyünün 1.5 metrə çatdığı, suyun temperaturunun 0 dərəcədən aşağı olduğu vurğulanır.
Qeyd edək ki, "Dalni Vostok" gəmisinin içərisində Rusiya, Litva, Myanma, Ukrayna və Vanuatu vətəndaşlarının olduğu bildirilir.
Mənbə:> ANSPRESS