466 sərnişinli gəmi yanır
Adriatik dənizində İtaliyaya məxsus gəmi yanır. ANS PRESS-in məlumatına görə, gəmidə 466 sərnişin var.
"The Norman Atlantic" bərəsi Yunanıstanın Patro şəhərindən İtaliyanın Ankon limanı reysi ilə hərəkət edirdi.
Bərə Otonoy adasından 33 dəniz mili uzaqlığında yerləşən zaman daxil olub.
Qeyd edilir ki, yanğın bərənin 200-ə yaxın avtomobilin yerləşdiyi qaraj hissəsində başlayıb. Yanğını söndürmək üçün gəmiyə tərəf daha bir gəmi və iki xilasedici bərə üzür.
Mənbə:> ANSPRESS