"Buradan cavab verirəm, hətta irəli gedirəm, ey Avropa Birliyi..." - Ərdoğan – VİDEO
Avropa.info xəbər verir ki, İstnabulda keçirilən tədbirdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala savaşının detallarını, fərqli ehtimalların mübahisələri tarixçilərin öhdəsinə burxadığını deyib.
Ərdoğanın sözlərinə görə, üzərində dayanmaq istədikləri məqsəd ölkələri bu cür yıxılmalara sürüklənməkdən necə qurrata biləcəkləri olmalıdır: "Suriyada ölən 300 mini keçən insanın məsuliyyətini heç bir ölkə, heç toplum daha artıq qaldıra bilməz. Amma Aralıq dənizində, Egedə insanlar boğulurlar. Nə deyirlər? Batsın, boğulsun, ölsün. Bunlar insan deyilmi? Harada qaldı insan hüquqları ilə bağlı beynəlxalq bəyannamə?
Ərdoğan deyib ki, 1915-ci il hadisəli ilə bağlı erməni iddialarının, irəli sürülən rəqəmlər başqa olmaqla hamısı əsassızdır: "Həmin tarixdə Anadoluda əsgərliyə əlverişli olan insan resurslarımız tamamilə cəbhədəydi. O dövrdə müdaifəsiz qalan mülki əhaliyə qarşı hücuma keçən erməni təşkilatları qətliama girişdi".
Türkiyə prezidenti çıxışında Avropa Birliyinə də müraciət edib: "Avropa Birliyi Türkiyənin arxivlərini açılmasını bizə məsləhət görür. Buradan cavab verirəm. Ey Avropa Birliyi! 12 il baş nazirlik etdim, bir ilə yaxındır prezidentəm. Hər getdiyim beynəlxalq tədbirlərdə və ölkəmdək hər toplantıda arxivləri açmağa hazır olduğumuzu, bir milyona yaxın sənəd və məlumatın olduğunu hər zaman söyləyirəm. Deyirəm ki, Ermənistan arxivlərində varsa, onlar da açsın. Üçüncü ölkələrdə də varsa, onlar da açsın. Hətta daha da irəli gedirəm, biz hərbi arxivlərimi də açmağa hazırıq, deyirəm".
Mənbə:> Avropa.info