Ərdoğan Minsk Qrupu haqqında: Danışırlar və dağılışırlar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Ərdoğan Minsk Qrupu haqqında: Danışırlar və dağılışırlar

Ərdoğan Minsk Qrupu haqqında: Danışırlar və dağılışırlar


Əslində Obamadan belə bir bəyanat eşitmək istəmirəm. Heç gözləmirəm də. Türkiyənin Amerikanın yanındakı yeri məlumdur, bu hadisələr qarşılığında davranışı məlumdur. Baş nazirliyimin 6 ili ərzində keçirdiyimiz görüşlərdə bu işin tarixçilərin öhdəsinə buraxılması barədə danışmışıq. Ermənilərə uzaqdan-yaxından əlaqəsi olmayanların bu məsələsi öz parlamentlərinə çıxarmasını daim qınamışıq. İndi Avropa İttifaqı çox arxada qalıb. Ən son arxivlərin açılmasını istəyirlər. Mən elə 12 ildir ki, bu arxivlərin hər an açılmasına hazır olduğumu deyirəm. Biz bu baxımdan rahatıq.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obamanın qondarma “erməni soyqırımı” ilə bağlı bəyanat səsləndirməkdən imtina etməsi barədə xəbəri şərh edərkən bildirib.

Türkiyənin etdikləri qarşısında Ermənistanın nə işlər görməsi barədə sual verən Ərdoğan qeyd edib:

“Hər dəfə deyirəm – bu, Van Akdamar adası və bu da oradakı kilsə. Baş nazir olduğum dövrdə oranı bərpa etdik və ibadət üçün açdıq. Bəs Ermənistan tərəfdən belə bir yanaşma varmı? Ermənistan-Azərbaycan münaqişəsi. Beynəlxalq qurumlar Azərbaycanın haqlı olduğu barədə qərar çıxardığı bir vaxtda, Qarabağdakı münaqişə hələ də həllini tapmayıb. Üç vasitəçi var – Amerika, Rusiya və Fransa. Amma münaqişə hələ də həllini tapmayıb. Minsk qrupunun həmsədrləri toplaşır, danışır və dağılışırlar, lakin münaqişə hələ də qalmaqdadır”, - deyə, Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, aprelin 24-də Ermənistanda ermənilər özləri toplaşacaq, özləri çalıb, özləri oynayacaq, danışacaq, Türkiyəyə qarşı həqarətlər səsləndirəcəklər.

“Biz də Çanaqqalada olacağıq. Lakin bizim gündəmimizdə Ermənistan yoxdur. Biz sabah İstanbuldan dünyada sülh haqqında danışacağıq. Bizim fərqimiz bundadır”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *