Ermənilərə xəbərdarlıq etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ermənilərə xəbərdarlıq etdi

Ermənilərə xəbərdarlıq etdi


Ermənilərlə yaxından uzaqdan əlaqəsi olmayanların qondarma erməni soyrıqımı ilə bağlı açıqlama verməsi nə həddinə?

ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Avropa Parlamentinin "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnamə və papa Fransiskin məlum son bəyanatına münasibət bildirərkən deyib.

Ərdoğan bildirib ki, papa etdiyi səhvi düzəltmədən Avropa Parlamenti də eyni səhvi təkrarladı. Bütün dünyaya, xüsusilə də ermənilərə səslənmək istədiyini deyən Ərdoğan bunları dedi:

"Bu məsələni tarixi təməlindən tamamilə qopararaq siyasiləşdirmək ən çox ermənilərə zərər verir. Biz bu qərarları alanların, bu barədə bəyanatlar verənlərin əsl məqsədlərinin ermənilərin haqqını, hüququnu qorumaq olmadığını çox yaxşı bilirik. Hazırda mənim ölkəmdə 40 minə yaxın rəsmi Türkiyə vətəndaşı olan erməni var. Bundan başqa Ermənistandan qaçaraq Türkiyəyə gələn ermənilər var. Biz onlara zülm etdik? Biz onlara ev sahibliyi edirik? Siz bunları görmürsünüz, vicdansızlar. Nücə olur ki, bu açıqlamaları verirsiniz? Bunu necə edirsiniz?", - deyə Ərdoğan bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *