Ermənilərə soyuq duş
"Avropa Parlamenti hansı qərarı verirsə-versin bir qulağımızdan girib, o birindən çıxar. Türkiyənin belə bir cinayəti qəbul etməsi mümkün deyil".
ANS PRESS-in məlumatına görə, bu sözləri Qazaxıstana səfəri öncəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, Avropa Parlamentində qondarma erməni soyqırımın müzakirəsi məsələsinə dair suala cavabında belə deyib.
"Öz ölkəsindən qaçıb Türkiyədə yaşayan ermənilər var. Biz onları deportasiya edə bilərdik. Amma etmədik. Erməni vətəndaşlara qarşı pis münasibət göstərmişik? Onların ölkəmizin hər cür imkanından faydalanmaqla bağlı heç bir sıxıntısı yoxdur".
Dövlət başçısı Vandakı Akdamar kilsəsinin dövlətin hesabına təmir edildiyini də xatırladıb.
O, bildiyi, inandığı dəyərlərin olduğunu qeyd edib. "Biz niyə millət olaraq və ya media olraq müdafiədə dayandığımızı anlamaqda çətinik çəkirəm. Mənim prezident olaraq müdafiə olunmağa ehtiyacım yoxdur. Üzərimizidə soyqırım adlı bir ləkə yoxdur".
Türkiyə dövlət başçısı Ermənistan başda olmaqla parlamentlərinin qapısı onlara açanlara da səsələnib. "Hazırda mənim ölkəmdə vətəndaş və ya vətəndaş olmayan yüz min erməni var. Görəsən onların ölkəsində neçə erməni var?".
Mənbə:> ANSPRESS