Gürcüstan Ermənistanı müvəqqəti olaraq qazsız qoydu
“Qazprom Ermənistan” şirkətini rəsmən xəbərdar ediblər.
Rusiya təbii qazının Gürcüstan ərazisindən Ermənistana nəqli iyulun 10-dan avqustun 10-na qədər müvəqqəti olaraq dayandırılıb.
Oxu.Az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Qazprom Armeniya” şirkəti məlumat yayıb.
Gürcüstanın qaz şirkəti “Qazprom Ermənistan” şirkətini iyulun 10-dan avqustun 10-na qədər zədələnmiş sahələrin təmiri ilə əlaqədar müvəqqəti olaraq dayandırılacağına dair rəsmən xəbərdar edib.
Ermənistan istehlakçılarının fasiləsiz olaraq təbii qazla təminatı Abovyan stansiyasının ehtiyatları hesabına həyata keçiriləcək.
Mənbə:> Oxu.Az