Kaladze: Gürcüstanla “Qazprom” arasında razılıq əldə edilib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Kaladze: Gürcüstanla “Qazprom” arasında razılıq əldə edilib

Kaladze: Gürcüstanla “Qazprom” arasında razılıq əldə edilib


Gürcüstan Rusiyanın “Qazprom” şirkəti ilə razılığa gəlib.

Oxu.Az-ın “Qruziya Online” saytına istinadən verdiyi məlumatına görə, bunu Gürcüstan energetika naziri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, “Qazprom” Rusiya qazının Ermənistana tranzitinə görə əvvəlki şərtlərin ilin sonunadək qüvvədə qalmasına dair Gürcüstanın təklifinə müsbət cavab verib.

Razılığa əsasən, Ermənistana Rusiya qazının tranzitinə görə Gürcüstan əvvəlki kimi 10% qaz əldə edəcək.

“Razılıq əldə edilib, qalıb imzalanmağı. Əvvəlki müqavilələr çərçivəsində qalmaqda davam edirik. Gələn ilə gəldikdə isə gözləyək, 2017-ci ildə mövqeyimiz daha möhkəm olacaq".

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *