Kaxa Kaladze: Gürcüstan bahalı İran qazı almaq istəmir » AzNews.info -Xəbər portalı

Kaxa Kaladze: Gürcüstan bahalı İran qazı almaq istəmir

Kaxa Kaladze: Gürcüstan bahalı İran qazı almaq istəmir

“Qiymətlər rəqabətqabiliyyətli deyil”.

Gürcüstan yüksək qiymətlərə görə İran qazının alınması üçün danışıqlar aparmır.

Oxu.Az “Qruziya Online”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirini müavini, energetika naziri Kaxa Kaladze Azərbaycan KİV-ə açıqlamasında bildirib.

“İran qazının Gürcüstana transportasiyası iki yol ilə - Azərbaycan və Ermənistandan keçərək mümkündür, amma qiymətlər rəqabətqabiliyyətli deyil və bu səbəbdən də İran qazının alınması barədə biz yalnız gələcəkdə danışa bilərik”, - Kaladze qeyd edib.

Daha öncə İranın Gürcüstandakı səfiri Abbas Talebi-far bəyan etmişdi ki, İran Gürcüstana həm daxili, həm də Avropaya tranzit üçün qaz tədarük etməyə hazırdır.

Qeyd edək ki, Gürcüstana bu gün təxminən 11 milyon kubmetr qaz tədarük edilir. Ondan 6 milyon kubmetri Azərbaycan qazıdır və “Qazax” boru kəməri ilə nəql edilir. 3,2 milyon kubmetri “Şahdəniz -1” layihəsi çərçivəsində, qalan 1,5-2 milyon kubmetr isə Rusiya qazının Ermənistana nəqli üçün tranzit ödəməsi kimi daxil olur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *