Jurnalistləri daşa basdılar
Ukraynada naməlum şəxslər jurnalistlər və depuatatlığa namizədlərin olduğu avtomobili daşa basıblar.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilir ki, Kirovoqradsk vilayətində naməlum şəxslər jurnalistlərlə yanaşı, deputatlığa namizədləri daşıyan avtomobili daşa basıblar. Hadisə vilayətin Subbotsı Znamensk rayonunda baş verib.
"Avtomobil yolda hərəkət edərkən bir qrup şəxs kənardan avtomobili daşlarla vurublar", deyə açıqlamada bildirilir.
Hadisə yerinə xüsusi istintaq qrupu göndərilib. Avtomobili daşa basan şəxslər ərazidən qaçıblar.
Faktla bağlı vilayət prokurorluğunda araşdırmalara başlanılıb.
Mənbə:> ANSPRESS