FİFA Blatterin dindirilməsi üçün ABŞ-ın sorğusunu qəbul etmədi
Beynəlxalq Futbol Federasiyası (FİFA) ABŞ senatının komissiyasının təşkilatın prezidenti Yozef Blatterin dindirilməsinə dair sorğunu qəbul etməyib. Bu barədə Reuters bildirib.
Oxu.Az xəbər verir ki, Amerika tərəfi FİFA-ya Blatterin federasiyada rüşvət ilə bağlı qalmaqala dair şahid ifadəsinin verə bilmə imkanlarının öyrənilməsi üçün sorğu göndərib.
Xatırladaq ki, Blatter təşkilatın rəhbər postunu tərk edəcəyini bəyan edib.
Mənbə:> Oxu.Az