Blatter də həbs olunur?
ABŞ-ın Federal Təhqiqatlar Bürosu və prokurorluğu istefaya gedən FİFA prezidenti Yozef Blatter barədə istintaq aparır.
ANS PRESS-in məlumatına görə, bu barədə Reuters xəbər yayıb.
Xəbərdə qeyd olunur ki, bu barədə ABC News telekanalına istintaq işi ilə tanış olan mənbələr məlumat verib.
Bundan əvvəl isə xəbər verilmişdi ki, İsveçrə prokurorluğu Yozef Blatter barədə istintaq aparmır.
Görünür ABŞ FİFA ilə daha çox maraqlanır. Belə ki, bir çox keçmiş futbol fəalı ABŞ hakimiyyəti tərəfindən çirkli pullların yuyulması, fırıldaqçılıq və qəsb etmə ilə əlaqədar birgə fəaliyyət üzrə cinayət işi açılıb.
Ria Novosti xəbər verir ki, İnterpol Beynəlxalq futbol federasiyasının keçmiş vitse-prezidenti Cek Uornerə və Cənubi Amerika futbol konfederasiyasının prezidenti Nikolas Leosa qarşı axtarış elan edib.
Qeyd edək ki, keçən həftə FİFA-nın yüksək vəzifəli məmurları korrupsiyada ittiham olunaraq Sürixdə həbs olunub. İttihamçılar FİFA təşkilatında son 20 ildə dünya çempionatına ərizə, marketinq və yayım təklifləri üzərində yüksək məbləğdə korrupsiya hallarının olduğunu iddia edirlər.
Mənbə:> ANSPRESS