FİFA prezidenti Avropanın hədəfində
Yenidən FİFA rəhbəri seçilən Jozef Blatter, dünya futbolunu idarə edən təşkilata qarşı avropa “rəsmilərinin nifrət kampaniya”sını pisləyib.
ANS PRESS-in məlumatına görə, bir çox Avropa ölkəsində Jozef Blatter-in növbəti müddətə FİFA sədri seçilməsilə bağlı narahtlıq ifadə olunur.
Danimarka Milli Futbol Assosiasiyasının rəhbəri cənab Blatterin yenidən FİFA-nın baş vəzifəsində qərarlaşmasını “şəffaflığın məğlubiyyəti” adlandırıb. Britaniya FA sədri isə Dünya Çempionatının boykotunu istisna etməyib. Seçkilərdən bir gün əvvəl Avropa futboluna rəhbərlik edən UEFA təşkilatı seçkilərin təxirə salınmasına səsləyib və onun başçısı Blatteri istefaya çıxmağa çağırıb.
Bu arada futbol üzrə növbəti dünya birinciliyinə ev sahibliyi edəcək Rusiya Sürixdə keçən seçkilərin nəticələrindən məmnun qaldığını bəyan edir.
Cümə günü İsveçrənin Sürix şəhərində Jozef Blatter yenidən təşkilatın sədri vəzifəsinə seçilib. 79 yaşlı Blatter bu vəzifəyə beşinci dəfədir ki, seçilir. Onun seçkilərdə əsas rəqibi İordaniya şahzadəsi Əli Bin əl-Hüseyn olub. Səsvermə firıldaqçılaq ittihamları ilə bağlı yüksək rütbəli FİFA rəsmilərinin ABŞ hüquq-mühafizəçiləri tərəfindən saxlanılmasından sonra yer alıb.
Qeyd edək ki, artıq 17 ildir ki, FİFA sədri olan cənab Blatter korrupsiyaya qarşı mübarizə aparmaq istədiyini deyib.
Mənbə:> ANSPRESS