FİFA prezidentinə ağır zərbə
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatterin apardığı siyəsət ucbatından üç böyük sponsor təşkilatla əməkdaşlığı davam etdirməməyə qərar verib.
ANS PRESS-in məlumatına görə, bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti yazıb. Bildirilib ki, "Castrol", "Continental" və "Johnson & Johnson" şirkətlərinin nümayəndələri təşkilatın nüfuzunu aşağı saldığı üçün Y.Blatter ilə münasibətləri dayandırdıqlarını açıqlayıblar.
Bundan əvvəl, Braziliyada keçirilən Dünya Çempionatı zamanı FİFA "Sony" və "Emirates" ilə sponsor müqaviləsindən imtina edib.
Xatırladaq ki, bu ilin mayında FİFA prezidentliyini yeni seçkilər keçiriləcək. Y.Blatter ilə yanaşı, FİFA-nın keçmiş baş katibi Jerom Şampan, İordaniya şahzadəsi Əli Bin-əl Hüseyn və fransalı keçmiş futbolçu David Jinola öz namizədliklərini irəli sürüblər.
Mənbə:> ANSPRESS