Alman nazir futbol mafiyasını ifşa etdi
Virtualaz.org saytı xəbər verir ki, V.Ştaynmayer “Welt am Sonntag”un mayın 31-də çıxan sayında deyib ki, "oyunçular, məşqçilər, hakimlər, gənc futbolçuların valideynləri və beynəlxalq federasiya rəhbərliyindəki fırıldaqçılar arasında uçurum yaranıb”.
FİFA-nın mayın 29-da yekunlaşan konqresinin nəticələrini şərh edən Staynmayer hesab edir ki, bütünlükdə futbol “sarsıdıcı məğlubiyyət” yaşayıb. Bunu da “Deutsche Welle” yazıb.
FİFA-da korrupsiya işi ilə bağlı 14 nəfərin adı keçir. Mayın 27-də Sürixdə FİFA-nın bir neçə yüksək vəzifəli məmuru həbs olunub. "Azadlıq"ın xəbərinə görə, bundan başqa, FİFA-nın keçmiş vitse-prezidentinə və Çənubi Amerika futbolu üzrə konfederasiya prezidentinə qarşı ittiham irəli sürülüb.
Mənbə:> Virtualaz.org