Britaniyanın iki bankı FİFA-da korrupsiyanı yoxlamağa başlayır » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, İdman

Britaniyanın iki bankı FİFA-da korrupsiyanı yoxlamağa başlayır

Britaniyanın iki bankı FİFA-da korrupsiyanı yoxlamağa başlayır


"Barclays" və "Standard Chartered" ABŞ-ın keçən həftə açıqladığı ittihamnamədə FİFA-nın media və marketinq rəsmilərinin federasiyada 150 milyon dollarlıq korrupsiya qalmaqalı ilə bağlı adları çəkilən banklar arasındadır.

Hələlik bankların heç birinə qarşı ittiham irəli sürülməyib.

Lakin ittihamnamə elan edilən zaman ABŞ-ın prokuroru Kelli Kürri deyib ki, təhqiqatın bir hissəsi olaraq maliyyə təsisatlarının bu rüşvət transaksiyalarına kömək etdiyi faktını bilib-bilmədiyi araşdırılacaq. “Hələlik problemli davranışın olduğunu demək tezdir” - deyə o bildirib.

Cümə günü Britaniyada ciddi fırıldaqçılıq hallarının araşdırıldığı idarə əldə edilən materialların öyrənildiyini və beynəlxalq cinayətə dair təhqiqata yardım etməyə hazır olduğunu bildirib ("Amerikanın səsi").

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *