Zlatan İbrahimoviçin Bakıya gəlməsinin təfərrüatları » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Maqazin

Zlatan İbrahimoviçin Bakıya gəlməsinin təfərrüatları

Zlatan İbrahimoviçin Bakıya gəlməsinin təfərrüatları


Dünya futbolunun ulduzu Zlatan İbrahimoviçin Azərbaycana gəlməsinin təfərrüatları məlum olub.

AzNews.info Sportbox.az-a istinadən xəbər verir ki, İbrahimoviç Azərbaycana öz dostu, keçmiş qaydasız döyüş idmançısı, məşhur ovçu Faiq Babanlının dəvəti ilə gəlib.

“Biz Zlatanı ona Azərbaycanı göstərmək üçün dəvət etmişik. Ona Bakını və regionları göstərəcəyik. Əlbəttə, əgər təcili işlər çıxmasa və o, getməli olmasa onun burada iki-üç gün olması gözlənilir. Bizim üçün İbrahimoviçin ölkəmiz ilə tanış olması çox vacibdir.

Xeyr, onun səfəri qarşıdan gələn Avropa Oyunları ilə əlaqədar deyil. O, burada reklama çəkilməyi planlamır, bu, şayiədir. Sadəcə mən və mənim dostum, məşhur ovçu Asif İlyasov Zlatana Azərbaycanın gözəlliklərini göstərmək qərarına gəldik.

Xeyr, Zlatan ov həvəskarı deyil, o, daha çox ekstremal idman növlərinin pərəstişkarıdır. Azərbaycanda onsuz da ov etmək üçün şir, pələng də yoxdur (gülür)” - Faiq Babanlı deyib.

Mənbə: Sportbox.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *