Daha bir futbol komandasına hücum – FOTO
Dünya, Türkiyədə “Fənərbaxça” futbol komandasının məruz qaldığı silahlı hücumun şokundan özünə gəlmədən analoji hadisə Fransada da baş verdi.
ANS PRESS-in məlumatına görə, Fransanın 1-ci liqasında keçiriləcək “Marsel” – “Paris Sen-Jermen” qarşılaşması öncəsində “PSJ” komandasının avtobusuna hücum olub.
Bildirilir ki, “Marsel” azarkeşləri qarşılaşmanın baş tutacağı “Veledrome” stadionuna gedən “PSJ” avtobusuna qolf topu atıb.
Stadiondan təxminən 800 metr məsafədə baş vermiş hadisə zamanı top Zlatan İbrahimoviçin olduğu tərəfdəki şüşəyə dəyərək onu sındırıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fransa mətbuatı hadisəni törədən “Marsel” azarkeşinin artıq saxlanıldığını bildirib.
Xatırladaq ki, ötən gün Türkiyədə "Fənərbaxça" futbol komndasının olduğu avtobus silahlı hücuma məruz qalıb və nəticədə avtobusun sürücüsü başından yaralanıb.
Mənbə:> ANSPRESS