İbra yenə şou göstərdi – VİDEO
Fransa kubokunda finalçılar müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, yarımfinal mərhələsində PSJ öz meydanında "Sent-Etyen"I qəbul edib.
Qarşılaşma “Parc des Princes” staionunda baş tutub. Matçın 21-ci dəqiqəsində penaltidən komandasına ilk qolu yazdıran Zlatan İbrahimoviç PSJ forması ilə 100-cü qolunu da vurmuş olub. Çox keçmədən qonaqlar hesabı bərabərləşdirib və birinci hissə 1:1 hesabı ilə yekunlaşıb.
İkinci hissədə paytaxt klubu daha yaxşı oyun nümayiş etdirib. İbra bu hissədə 2 qol da vurararaq, oyunda het-trikə imza atıb. Komandanın digər qolunu isə Lavezzi vurub. Beləliklə, rəqibinə 4:1 hesabı ilə qalib gələn PSJ finalda oynamaq hüququ əldə edib.
Qeyd edək ki, PSJ bu qalibiyyətdən sonra finalda "Oser"in rəqibi olub.
8 aprel
Fransa kuboku, yarımfinal mərhələsi
PSJ - "Sent-Etyen" - 4:1
Qollar: İbrahimoviç, 21-pen (1:0), Hamouma, 25 (1:1), Lavezzi, 60 (2:1), İbrahimoviç, 81, 90+2 (4:1)
Mənbə:> ANSPRESS