DÇ-2018: Braziliya da ¼ finala vəsiqəni təmin etdi
Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin üçüncü gününün ilk görüşü baş tutub.
Virtualaz.org bildirir ki, “Samara Arena”da Braziliya və Meksika milliləri qarşılaşıblar.
Gözlənildiyi kimi, Braziliya növbəti sensasiyaya imkan verməyib. Sambaçılar Neymar və Roberto Firminonun qolları ilə ardıcıl ikinci oyunundan da 2:0 hesablı qələbə ilə ayrılıb. Meksika isə yenə 1/8 finalda mundialla vidalaşıb.
Qeyd edək ki, Braziliyanın rəqibi bu axşam üz-üzə gələcək Belçika – Yaponiya cütünün qalibi olacaq. Həmin görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Mundialın dörddəbir final mərhələsinin görüşləri isə iyulun 6-7-də keçiriləcək.
Mənbə:> Virtualaz.org