DÇ-2018: Kolumbiya və Yaponiya da 1/8 finala vəsiqə qazandı
İyunun 28-də Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının “E” qrupunda mübarizəyə yekun vurulub.
Virtualaz.org-un məlumatına görə, meydana bu qrupda yer alan Seneqal və Kolumbiya komandaları çıxıblar. Görüşdə kolumbiyalılar 1:0 hesabı ilə qalib gəliblər. Oyunda yeganə qolun müəllifi 36-cı dəqiqədə Erri Mina olub. Beləliklə, Kolumbiya millisi qrupda birinci yeri tutaraq dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib.
Bu qrupdakı digər oyun səkkizdəbir finala çıxmaq şansını itirən Polşa və Yaponiya komandaları arasında keçirilib. Görüş Polşa millisinin 1:0 hesablı ilə qələbəsi ilə başa çatıb. Bu məğlubiyyətə baxmayaraq, Yaponiya növbəti mərhələyə vəsiqə qazanıb.
Seneqal və Yaponiya komandalarının həm xalları (4 xal), həm də top fərqi (0-0) bərabər olduğu üçün FİFA-nın qaydalarına görə sarı kart sayı nəzərə alınıb. Sarı kartların sayı daha az olan Yaponiya pley-off mərhələsinə adlayıb.
Beləliklə, səkkizdəbir final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Bu mərhələnin görüşləri iyunun 30-dan iyulun 3-dək keçiriləcək.
Mənbə:> Virtualaz.org