DÇ-2018: Kolumbiya Polşanı "mundial"dan kənarlaşdırdı – VİDEO
İyunun 24-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının on birinci gününün sonuncu görüşündə “H” qrupunda yer alan Polşa və Kolumbiya milliləri qarşılaşıblar.
Virtualaz.org-un məlumatına görə, “Kazan Arena” stadionunda keçirilən oyunda ilk dəqiqələrdən hər iki komanda hüçüma atılsa da, hesab yalnız ilk hissənin sonunda açılıb. Quitero və Xames Rodriqezin qurduğu birgə kombinasiyanı Erri Mina dəqiq baş zərbəsi ilə tamamlayıb - 0:1. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra 70-ci və 75-ci dəqiqələrdə Radamel Falkao və Juan Quadradi fərqlənərək oyunda son nöqtəni qoyublar. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Beləliklə, Kolumbiya millisi vacib 3 xalı aktivinə yaza bilib, Polşa yığması isə səkkizdəbir final mərhələsinə çıxmaq şansın itirib və artıq demək olar ki, "mundial"la vidalaşıb.
Mənbə:> Virtualaz.org