DÇ-2018: İspaniya millisi İrana qalib gəldi
![DÇ-2018: İspaniya millisi İrana qalib gəldi DÇ-2018: İspaniya millisi İrana qalib gəldi](https://aznews.info/uploads/posts/2018-06/1529556965_ter.jpg)
Futbol üzrə Rusiyada keçirilən XXI dünya çempionatının VII gününün sonuncu oyununda “B” qrupunda yer alan İran və İspaniya milliləri qarşılaşıblar.
Virtualaz.org bildirir ki, “Kazan Arena”da keçirilən oyun ispanların minimal qələbəsi ilə nəticələnib. Matçda yeganə qolu İspaniya və "Atletiko Madrid"in hücumçusu Diyeqo Kosta vurub - 1:0.
Beləliklə, İspaniya yığması iki oyuna 4 xal toplayaraq qrupda Portuqaliya (4 xal) ilə birinci və ikinci yerləri bölüşür.