Ronaldu İran millisini “B” qrupunun liderinə çevirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Video

Ronaldu İran millisini “B” qrupunun liderinə çevirdi – VİDEO

Ronaldu İran millisini “B” qrupunun liderinə çevirdi

Rusiyada futbol üzrə dünya çempionatı davam edir.

Çempionatın ikinci günündə B qrupunda yer alan Portuqaliya və İspaniya yığmaları üz-üzə gəliblər.

Oyuna ardıcıl hücumlarla başlayan Portuqaliya yığması artıq 4-cü dəqiqədə K.Ronaldunun qolu ilə hesabda önə çıxıb. 20 dəqiqə sonra İspaniyanın hücumçusu D.Kosta hesabı bərabərləşdirib. İlk hissənin bitməsinə 1 dəqiqə qalmış K.Ronaldo "dubl" edərək komandasını yenidən hesabda önə çıxarıb. İlk hissə - 2:1.

İkinci hissəyə İspaniya millisifəal başlayaraq 55-ci dəqiqədə D.Kostanın qolu sayəsində hesabı bərabərləşdirib. Cəmi 3 dəqiqə sonra Naço İspaniyanı hesabda irəli çıxarıb. Oyunun 88-ci dəqiqəsində yenidən K.Ronaldu fərqlənərək hesabı bərabərləşdirib. Oyun 3:3 hesabı ilə yekunlaşıb.

Beləliklə, Portuqaliya və İspaniya yığmalara 1 xal qazanaraq İranın 3 xalla liderlik etdiyi B qrupunda 2-ci və 3-cü yerləri paylaşırlar.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *