“Yuventus” artırma dəqiqədə qol vuraraq “Milan”ı məğlub edib – VİDEO
Futbol üzrə İtaliya “A” Seriyasının 28-ci turunun Turində baş tutan mərkəzi qarşılaşmasında “Yuventus” “Milan”ı 2:1 hesabı ilə məğlub edib.
AzNews.info Report-a istinadən xəbər verir ki, matçın 30-cu dəqiqəsində “Qoca senyora” Mehdi Benaitanın qolu ilə hesabda irəli çıxıb.
“Rossonyerlər” 43-cü dəqiqədə oyunda tarazlıq yarada biliblər. Bərabərlik qolunu Karlos Bakka vurub.
“Milan” matçın sonlarına yaxın azlıqda qalıb. Qarşılaşmaya əlavə olunmuş 3-cü dəqiqədə Xose Ernesto Coca ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Ardınca isə milanlıların qapısına Mattia De Şilyonun əllə oyununa görə, penalti təyin olunub. 11 metrlik cərimə zərbəsini Paulo Dibala dəqiq yerinə yetirib.
“Yuventus” hazırda 70 xal ilə turnir cədvəlinə liderlik edir. “Milan” 50 xalla 7-ci pillədə qərarlaşıb.
Mənbə:> Report