DÇ-2018: Uruqvay da 1/8 finala çıxdı, ərəblər isə qrupda qaldı – VİDEO
Futbol üzrə dünya çempionatında A qrupunun növbəti matçı yekunlaşıb.
v Rostov şəhər stadionunda Uruqvay ilə Səudiyyə Ərəbistanı üz-üzə gəlib.
Görüş Uruqvayın 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb.
Uruqvay final mərhələsinə vəsiqə qazanıb, Səudiyyə millisi isə qrupda qalıb.
Qeyd edək ki, ötən gün Rusiya da 1/8 finala vəsiqəni təmin edib.
* * *20:58
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında “B” qrupunun ikinci turuna start verilib.
Virtualaz.org bildirir ki, Portuqaliya yığması Mərakeşlə üz-üzə gəlib.
Qarşılaşma Portuqaliyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 4-cü dəqiqədə Portuqaliyanın kapitanı Kriştianu Ronaldu vurub. Portuqaliya bu nəticədən sonra xallarının sayını 4-ə çatdırıb. Xalı olmayan Mərakeş isə növbəti mərhələ şanslarını itirib. Beləliklə, Renar Hervenin yetirmələri mundialla vidalaşan ilk komanda olub.
Məsələ ondadır ki, birinci görüşdə İrana, bu gün isə Portuqaliyaya eyni hesabla (0:1) uduzan mərakeşlilər üçün son tur formallığa çevrilib. Çünki komandanın İspaniya üzərində istənilən hesablı qalibiyyəti belə, ona kömək etməyəcək.
Qeyd edək ki, İspaniya – Mərakeş qarşılaşması iyunun 25-də keçiriləcək.
Onu da qeyd edək ki, qrupun digər oyununda bu gün İspaniya və İran yığmaları üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Mənbə:> Virtualaz.org