İspaniya yığması Çexiyaya qalib gəldi
Futbol üzrə Avropa çempionatında D qrupunun növbəti oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, Tuluzanın “Munisipal” stadionunda İspaniya yığması Çexiya ilə qarşılaşıb.
Matç Pireney təmsilçilərinin minimal hesablı qələbəsi ilə bitib. Yeganə qolu 87-ci dəqiqədə Jerar Pike vurub.
Xatırladaq ki, bu qrupun ilk oyununda Türkiyə millisi eyni hesabla Xorvatiyaya məğlub olmuşdu.
Mənbə:> Oxu.Az