DÇ-2018: Serblər İsveçrə səddini aşa bilmədi » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Video

DÇ-2018: Serblər İsveçrə səddini aşa bilmədi – VİDEO

DÇ-2018: Serblər İsveçrə səddini aşa bilmədi

İyunun 22-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının XI gününün sonuncu oyununda “E” qrupunda yer alan Serbiya və İsveçrə milliləri qarşılaşıblar.

Virtualaz.org bildirir ki, "Kalininqrad Arena”da keçirilən görüşdə hesabı Serbiya yığması açıb. Dusan Tadiçin cinah ötürməsini Mitroviç dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0. Hər iki komandanın cəhdlərinə baxmayaraq, birinci hissə Serbiya millisinin minimal hesablı (1:0) qələbəsi ilə başa çatıb.

Fasilədən sonra hücumların kəsərini artıran İsveçrə millisi 52-ci dəqiqədə hesabı bərabərləşdirib. Şakirinin başladığı hücumu Qranit Djaka uzaq məsafədən qüvvətli zərbə ilə tamamlayıb - 1:1.

Oyunda son nöqtəni yenə də isveçrəlilər qoyub. Komandanın əsas qol silahı olan Şerdan Şakiri qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb - 1:2.

Beləliklə, İsveçrə millisi fasiləyə məğlub durumda yollansa da, sonrakı hissədə vurduğu iki qolla 2:1 hesabı ilə qələbə qazanıb.

Mundialın "E" qrupuna hərəyə 4 xal toplayan Braziliya və İsveçrə yığmaları başçılıq edir, Serbiya yığması isə 3 xalla üçüncü yerdə qərarlaşıb.

Braziliya və Serbiya yığmalarına məğlub olan Kosta-Rika milllisi səkkizdəbir finala yüksəlmək şansını itirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *