Meksika 1/8 finalda, Сənubi Koreya qrupda qaldı
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının F qrupunda II tura start verilib.
Oxu.Az xəbər verir ki, ilk turda son dünya çempionları Almaniyanı məğlub etməklə hamını heyrətləndirmiş Meksika bu dəfə Cənubi Koreyadan üstün olub – 2:1.
İlk qol penalti ilə vurulub. "Arsenal"ın sabiq hücumçusu Karlos Vela 26-cı dəqiqədə hesabı açıb. 66-cı dəqiqədə "Mançester Yunayted"in keçmiş forvardı fərqi ikiyə çatdırıb. Oyuna əlavə olunmuş dəquqədə isə "Totenhem"in futbolçusu Hın-Min Son təsəlli qoluna imza atıb.
Bu nəticə ilə Meksika xalını altıya yüksəldərək 1/8 finala vəsiqə əldə edib. Xalsız qalan koreyalılar isə mundialla vidalaşıb.
Qeyd edək ki, bu qrupun digər görüşündə Almaniya və İsveç arasında 1/8 finalın ikinci təmsilçisini müəyyənləşdirmək üçün həlledici görüş keçiriləcək. Bu matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Mənbə:> Oxu.Az