"Qarabağ"ın taleyi həll olunur
Hakim özbaşınalığı ilə Avropa Liqasına əlvida deyən "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl İsveçrəyə getməyə hazırlaşır.
ANS PRESS-in "Qarabağ" Facebook səhifəsinə istinadən verdiyi məlumata görə, vitse-prezident klubun etirazına UEFA-dan gələcək cavab əsasında İsveçrəyə gedib lazımi şəxslərlə "Qarabağ"ın hüquqlarını qorumaq üçün görüşlər keçirəcək. Artıq Avropa Liqası yarışının direktoru Giorgi Marchetti ilə görüş günü də təyin edilib.
Qeyd edək ki, "Qarabağ" Bakıda Milanın "İnter" klubunun qapısına 90+4-cü dəqiqədə Riçard Almeyda ilə yol tapsa da matçın çex baş hakimi Miraslav Zelinka qolu hesaba almamışdı. Beləliklə "Qarabağ" bu qərarla Avroliqanın qrupunda qalmışdı. "Qarabağ" bununla bağlı UEFA-ya rəsmi etiraz bildirib. Qurumun dekabrın 14-dək cavab verəcəyi bildirilir.
Mənbə:> ANSPRESS