"Lester" tarixində ilk dəfə çempion oldu

İngiltərənin «Lester» futbol klubu tarixində ilk dəfə ölkə çempionu adını qazandı. Bu gecə «Tottenhem»in «Çelsi»yə qalib gələ bilməməsindən sonra çempion birinciliyin sonuna 2 həftə qalmış müəyyənləşib.
Virtualaz.org xəbər verir ki, «Tottenhem»lə «Çelsi»nin oyunu 2:2 hesabı ilə başa çatıb. Bundan sonra hər hansı klubun turnir cədvəlində «Lester»ə çatması qeyri-mümkündür.
İndiyə kimi lesterlilərin ən böyük uğuru 1928-1929-cu illər mövsümündə birinci divizionda ikinci yeri tutmaları olub. Bundan başqa, klub 3 dəfə Futbol liqası kubokunun sahibi olub.
2010-cu ildə klubu tailandlı milyardçı Vişay Şrivaddanaprabha alıb. «Lester» 2013-2014-cü illər mövsümündə İngiltərə Premyer-liqasında oynamaq hüququ qazanıb.
Komandanın baş məşqçisi italiyalı mütəxəssis Klaudio Ranyeridir.
Mənbə: Virtualaz.org